Ürün Sepetinize Başarıyla Eklendi
Rus ve Ermeni Kaynakları Işığında Ermeni Sorunu - Azerice - Halkkitabe

Rus ve Ermeni Kaynakları Işığında Ermeni Sorunu - Azerice1915 - 1923 Sömürge Savaşı

Stok Kodu
9786056550669
Boyut
14x23
Sayfa Sayısı
572
Basım Yeri
İstanbul
Baskı
1
Basım Tarihi
2017-04
Çeviren
Aygün Hasanoğlu
Resimleyen
adf1944bc0d9437e891ec2c3410ba76e
Kapak Türü
Ciltsiz
Kağıt Türü
2. Hamur
Dili
Azerice
9786056550669
551697
Rus ve Ermeni Kaynakları Işığında Ermeni Sorunu - Azerice
Rus ve Ermeni Kaynakları Işığında Ermeni Sorunu - Azerice 1915 - 1923 Sömürge Savaşı
47.56

Məlum olduğu kimi tarixi hadisə və proses yalnız bir dəfə baş verir lakin siyasi şəraitə uyğun olaraq zaman-zaman yenidən yazılır və ona müxtəlif cür qiymətlər verilir. Ən dəhşətlisi isə olmayan hadisədən uydurma tarixin quraşdırılmasıdır. Belə quraşdırılan tarixlərdən biri erməni "tarixçilər"inin uydurduqları "erməni soyqırımı" məsələsidir. Türkiyə əleyhinə çirkin məqsədlər üçün istifadə edilən tarixdə olmayan "erməni soyqırımı"nın əsl səbəbləri nədir? "Erməni məsələsi" deyilən məsələ necə meydana çıxmışdır? "Erməni məsələsi"ni ortaya atmaqda böyük dövlətlərin məqsədləri nədən ibarət olmuşdur? Bu və ya digər çoxlu məsələlərin ən mötəbər arxiv materialları və sənədli mənbələr əsasında araşdırılması mühüm elmi və siyasi aktuallıq kəsb edir. Tarixi mənbələr sübut edir ki uydurma "erməni məsələsi" deyilən məsələ böyük dövlətlər tərəfindən Osmanlı dövlətinin parçalanmasını nəzərdə tutan "Şərq məsələsi"nin tərkib hissəsi kimi düşünülmüş və müəyyən siyasət halına gətirilmişdir. Bu qondarma məsələnin ortaya çıxmasına və böyük dövlətlərin maraqlarına dair ən mötəbər sənəd və materillar Rusiya arxivlərində saxlanılır. Onların elmi dövriyyəyə gətirilməsi dərindən öyrənilməsi və ümumiləşdirilmiş nəticələrin çıxarılması tarixçilərin qarşısında dayanan vəzifələrdən biridir. Türkiyə tarixçiləri bu problemə dair çoxlu araşdırmalar aparmış və dəyərli əsərlər yazmışlar. Həmin tədqiqat işlərinin arasında Prof. Dr. Seyit Sertçelikin "Erməni məsələsi: ortaya çıxış sürəci. 1678-1914" əsəri özünəməxsus yer tutur. Əsasən Moskva və Sankt Peterburq arxivlərinin materialları əsasında yazılmış bu əsər problemin mahiyyətinə və təkamülünə dair tarixi gerçəklikləri üzə çıxarmağa imkan verdiyindən əhəmiyyətlidir. Xarici dillərə tərcümə edilərək nəşr olunan belə əsərlərin sayəsində məsələ ilə maraqlanan şəxslər erməni tarixçilərinin yazdıqlarının uydurma olduğuna əmin olurlar. Əsərin Azərbaycan dilində nəşrini faydalı hesab edir və müəllifi Prof. Dr. Seyit Sertçelikə yeni yaradıcılıq uğurları arzulayıram. -Prof. Dr. Musa Qasımlı-.

Kapat